Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina Teleqram kanalında müğənni Olqa Buzovanı Ufada Uşaqlar Günündəki geyiminə görə tənqid edib.
OLAY yazır ki, Yekaterina sənətçinin açıq-saçıq geyimindən qəzəblənən bölgə sakinləri ilə həmrəy olduğunu söyləyib. Onun sözlərinə görə, o, Anastasiya İvleevanın “çılpaq gecəsi” ilə Uşaqlar Günündə belə obrazda çıxış etməsi arasında heç bir fərq görmür. Mizulina bildirib ki, valideynlər tərəfindən saysız şikayət məktubu gəlib.
Qeyd edək ki, daha əvvəl deputat Axmedinurov da Buzovanın Ufadakı çıxışında geyimini tənqid etmişdi.