WOW
WOW

Xuraman 31 il sonra onları axtarır!

Xuraman 31 il sonra onları axtarır!

Müğənni Xuraman Şuşalı “Səni axtarıram” proqramında axtarışa çıxıb.

OLAY yazır ki, ifaçı sinif yoldaşlarını tapmaq üçün verilişə gəlib:

“Sinif yoldaşlarımı axtarıram. Şuşada 4 saylı məktəbdə oxumuşam. Bəzilərini tapmışam, bəzilərini tapa bilmirik. 4B – Firəngiz müəllimin sinfi. Dünyasını dəyişib. 1992-ci ildə didərgin düşdük. Onda dördüncü sinifdə idim. Qızları tapa bilmirəm. Oğlanları tapmaq asandır. 31 il sonra görüşmək istəyirik, görüş günü də təyin etmişik. Bir də gimnaziyada birlikdə oxuduğum 11V-dəki dostlarımı axtarıram. Onları da 25 ildir görmürəm. Vəfasız sinifik, xahiş edirəm, toparlanağın!”.