Ötən günlərdə məşhur rus müğəni Alsunun biznesmen Yan Abramovdan boşanması ilə bağlı xəbərlər yayıldı.
OLAY yazır ki, sənətçinin milyoner əri ilə münasibətlərinin ötən ilin avqustundan pozulduğu iddia olunur. Belə ki, sənətçi Leonid Aqutinin konsertində nikah üzüyü olmadan göründü və uzun müddətdir ki, əri ilə fotolarını paylaşmırdı.
Daha sonra müğənninin direktoru söhbətin cəfəngiyyat olduğunu açıqlayaraq “İnanın, orada hər şey yaxşıdır” sözlərini demişdi. Apreldə isə Alsu söylədi ki, belə bir şey baş verərsə, ilk medianın xəbəri olacaq.
Beləliklə, bu günlərdə xəbər öz təsdiqini tapdı.
Xatırladaq ki, cütlük 2006-cı ildən evlidir. Onların üç övladı var: 17 yaşlı Safina, 16 yaşlı Mikella və müğənninin üzünü yalnız ötən il ictimaiyyətə nümayiş etdirdiyi 7 yaşlı Rafael.