WOW
WOW

Tiktokerin 35 min vergi borcu var!

Tiktokerin 35 min vergi borcu var!

Rusiyada vergiyə borclu olan ulduzların siyahısı durmadan artır.

OLAY yazır ki, onların sırasına Rusiyanı tərk edən məşhur tiktoker Danya Miloxin də yer alıb. SHOT-un məlumatına görə, TikTok ulduzu artıq bir aydır ki, Federal Vergi Xidmətinə 35 min rubl ödəyə bilmir. Bildirilir ki, Miloxin hələ də Rusiyada fərdi sahibkar kimi qeydiyyatdadır.

Qeyd edək ki, Danya 2022-ci ilin payızında Rusiya ilə əlaqələrini kəsdiyinə görə təəssüflənir. Bu barədə o, “Ən məşhur tiktoker necə evsiz qaldı?” adlanan yutub layihəsində danışmışdı:

“Mən boş yerə Rusiya ilə əlaqələrimi itirdim. Prodüserim mənə dedi ki, qardaş, əlaqəni kəsmə. Çünki sən Rusiyadan başlamısan. Ona qulaq asmadım. İnsanlar mənimlə işləməyə davam etməyə qorxurlar, ona görə də pulum yoxdur. Ümid edirəm ki, mən hələ də orada ulduz olacağam”.

Onu da bildirək ki, Danya hazırda döyüşlə məşğul olur.