WOW
WOW

Aygün Kazımovadan “Turan gəlir”

Aygün Kazımovadan “Turan gəlir”

Xalq artisti Aygün Kazımova “Turan gəlir” mahnısını 28 May Müstəqillik Günündə təqdim edib.

OLAY yazır ki, bəstə estrada ulduzunun rəsmi yutub kanalında yerləşdirilib. Bəstənin müəllifi Roman Azaflıdır.

Müğənni mahnını Laçında “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimində müəlliflə duet şəklində oxuyub.

Kazımova mahnı ilə bağlı instaqram hesabında da paylaşım edib.

“28 May Müstəqillik Günündə azad Laçından bu qürurlu görüntülərlə sizə “Turan gəlir” adlı mahnımı təqdim edirəm. Bütün həmvətənlərimi bayram münasibətilə təbrik edirəm. Bu gözəl layihə üçün Mədəniyyət Nazirliyinə, istedadlı dostum Asif Kərimov və əlbəttə ki, mahnının müəllifi Roman Azaflıya təşəkkür edirəm”, - deyə, Kazımova yazıb.

Videoda ifaçının Laçından görüntüləri yer alıb.