WOW
WOW

“Mənə bir xəbər göndər” - Xanbabayevadan yeni mahnı!

“Mənə bir xəbər göndər” - Xanbabayevadan yeni mahnı!

Xalq artisti Zülfiyyə Xanbabayeva yeni mahnısını təqdim edib. 

OLAY yazır ki, bəstə “Mənə bir xəbər göndər” adlanır və müəllifi RZZA-dır. 

Nəğmənin aranjimanını Clavis ərsəyə gətirib. Xalq artisti mahnı üçün fotosessiya etdirib. 

Xanbabayevanın şəklini Oktay Jaffer çəkib və stili üzərində Elnur Həsənov çalışıb. 

Bunun üçün çəkiliş meydançasında özəl dekor qurulub. Xalq artistinin kadrarxası görüntülərini isə Mamed İsmayılov lentə alıb. 

“Mənə bir xəbər göndər” artistin rəsmi yutub kanalı və bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib.