“Retro Baku” verilişinin növbəti buraxılışı mərhum müğənni Rəhim Rəhimliyə həsr olunub.
OLAY yazır ki, verilişdəki qonaq olan prodüser Arif Məmmədov sənətçinin türkiyəli ifaçı Halil Sezai ilə xatirəsindən bəhs edib.
“Halil Sezainin Bakıda konserti olmalı idi. Təşkilatçı Rəhimə belə bir təklif etdi ki, efirdə konsertin reklamını etsin. Əvəzində Halil Sezai Bakıya gələrkən, birinci sənin verilişində qonaq olacaq, başqa proqrama da çıxmayacaq. Rəhim xoşlayırdı belə eksklüzivləri. Bir aya yaxın reklamlar getdi. Elan olunub, tamaşaçılar gəlib. Çəkiliş vaxtı Halil Sezaini gözləyirik xəbər yoxdur. Təşkilatçı gah dedi ki, bir azdan, gah dedi, telefona cavab vermir, məşğuldur. Sonra da dedilər ki, hoteldədir, içib, bayıra çıxmayacaq. Rəhim qonaq gələrkən onun üçün mütləq masa düzəldirdi. 3 saat gözlədik, gəlmədi. Rəhim öyrəndi haradadır, durdu, getdi hotelə, Halil Sezai ilə şəxsən görüşdü. Rəhimə demişdi ki, proqrama qonaq olmağımdan ümumiyyətlə xəbərim yoxdur. Halil Sezai demişdi pavilyona gəlirəm. Artıq günün sonu idi, heyət dağılmışdı. Rəhim operatorları götürdü, getdi, hoteldə ondan müsahibə aldı”, - deyə, o, söyləyib.
Qeyd edək ki, sözügedən müsahibə 2013-cü ildə baş tutub.