WOW
WOW

“Bütün həyatlarımda qarşıma çıx”

“Bütün həyatlarımda qarşıma çıx”

Modelyer və dizayner Aynur Xəlilova oğluna ad günündə yazdığı sözlərlə diqqət çəkib.

OLAY yazır ki, o bu barədə sosial media hesabında paylaşım edib. Aynur sonbeşiyi ilə fotolarını bölüşərək ona arzularını belə dilə gətirib:

“Gələcəyə mesaj təbriki. Happy Birthday No 3.

Bu təbriklər nə vaxtsa böyüyəndə qarşına çıxar deyə, yazıram. Bəlkə də, həyatının elə bir anında qarşına çıxacaq sənə işıq olacaq. Aramızda bəlkə, məsafələr olacaq. Bəlkə, eyni evdə 7 mayı qeyd edəcəyik. Bilmirəm.

Bu gün isə 6 yaşın olur. Çox həyəcanlısan. Kuboklar alınıb sənə əlindən yerə qoymursan. Mən isə düşünəndə siz böyüyüb gedəcəksiniz və sizi qorumaq əlimdə deyil, həyəcanlanıram. Özümlə mübarizə aparıram. Qorxuram, David, amma “qəbul”a keçirəm. Sizin Tanrınıza güvənməyi seçirəm. İndi isə Atilla ilə yarışdasan. Futbolçu olmaq istəyirsən, bəlkə bu post qarşına çıxanda sən çox məhşur futbolçu olacaqsan. Uğurlu olarsan, uğursuz olarsan. Hər çalarınla mənim oğlumsan. Qəbulumsan. Çox yaşa məstanım. Qəlbin sevgidən başqa hiss tanımasın. Bütün həyatlarımda qarşıma çıx. Ruhum səni tanıyacaq”.