WOW
WOW

“Elə bilirlər, 2-3 mahnı yazıb, səhnəyə paraşütlə düşmüşəm”

“Elə bilirlər, 2-3 mahnı yazıb, səhnəyə paraşütlə düşmüşəm”

“Çox adam elə bilir ki, mən 2-3 mahnı yazıb sonra paraşütlə 5-6 minlik stadionların səhnəsinə düşmüşəm. Yekun nəticəyə qibtə etmək, onu istəmək və hətta paxıllıq etmək asandır”.

OLAY yazır ki, bu sözləri reper Orxan Zeynallı sosial media hesabında yazıb. O, “Buz uşağı” konsertindən görüntülər paylaşaraq konsertlərinə həftələrlə hazırlaşdığını bildirib:

“2012-2016-cı illərdə 8 konsertim olub və ciddi qazancım olmasa da, hər birinə həftələrlə hazırlaşırdıq. Bir gün əlindəki hər şeyi atıb həyatın ən dibinə enmək, ən ağrılı günlərdə təslim olmayıb həyatı mahnılara çevirə bilməkdir bu görüntülərin səbəbkarı. İstəyirəm, hər kəs anlasın ki, bu gördüyünüz insanlar hər şeyi öz gücünə, tapşırıqsız, “day-daysız” və toy sığortası olmadan ediblər. Hansı sahədə olmağınızdan asılı olmayaraq inanın ki, əzm, iradə, səbir və düzgün planlama ilə hər şey mümkündür. Komandanın və auditoriyamızın hər bir fərdi ilə fəxr edirəm!”.