WOW
WOW

“Mən bəyənmədimsə, Avropa heç bəyənməz”

“Mən bəyənmədimsə, Avropa heç bəyənməz”

Aktyor Elcan Rəsulov Avroviziya çıxışımız ilə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi mahnı ilk yayımlandığı gün yazdığı şərhi xatırladıb:

“Aygün Kazımovanın “Qoy işığı söndürüm” mahnısının motivləri əsasında hazırlanmış bir mahnıdır. Muğamı da ortaya tam salmayıblar ki, bəlkə onunla nəsə edə bilək. Yarımfinala qədər gedə bilsən, böyük şeydir”.

Bu şərhini paylaşan Elcan “Mən bəyənmədimsə, Avropa heç bəyənməz. Vaxtında demişdim”, - deyə, bildirib. 

Qeyd edək ki, ötən gün Malmödə baş tutan Birinci Yarımfinalda təmsilçilərimiz İlkin Dövlətov və Fəxri İsmayılov (Fahree) finala keçə bilməyib. Onlar “Özünlə apar” mahnısı ilə yarışıblar.