WOW
WOW

Elçin Quliyev, Yusif Eyvazov və Kral Çarlz bir arada

Elçin Quliyev, Yusif Eyvazov və Kral Çarlz bir arada

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Xalq artisti Yusif Eyvazov Böyük Britaniya kralı III Çarlzla görüşüb.

OLAY yazır ki, görüş Böyük Britaniyada keçirilən Vindzor Kral Atçılıq Şousu çərçivəsində baş tutub. Bununla bağlı Y. Eyvazov da instaqramda fotolar paylaşıb. 

“Bu gün Böyük Britaniyada “Royal Windsor Horse Show”da iştirak etmək mənim üçün çox qürurverici idi. Azərbaycan Atçılıq Federasiyası tanınmış Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun bəstələdiyi “Koroğlu” operasından ilhamlanaraq valehedici tamaşa nümayiş etdirdi. “Royal Windsor Horse Show” üçün xüsusi olaraq xoreoqrafiya edilmiş Azərbaycan komandasının çıxışından xoş təəssürat alan Kral Çarlz ilə şəxsən görüşmək şərəf idi. Şouda 21 at və 60-dan çox rəqqasın heyranedici nümayişi edildi”, - deyə, sənətçi bildirib.

Qeyd edək ki, Vindzor Kral Atçılıq Şousu 1-5 may tarixlərində Vindzor qəsrinin ərazisində keçirilib.

Tərkibinə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı, 20 Qarabağ atından ibarət süvarilər dəstəsi və “Land of Fire” polo komandasının daxil olduğu nümayəndə heyətimizin bu tədbirdə iştirakı Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Atçılıq Feferasiyasının təşkilatçılığı ilə baş tutub.