WOW
WOW

Nura oğlu Davidlə kameralar qarşısında

Nura oğlu Davidlə kameralar qarşısında

Müğənni Nura Suri kiçik oğlu Davidlə tədbirlərin birinə qatılıb.

OLAY yazır ki, övladı ilə birgə gecədə pozalar verən Nura tərzi ilə də diqqət çəkib. O, Nanushka-ya məxsus libasla pozalar verib. Müğənni 1350 AZN-lik donunu, Celine-ə məxsus çanta ilə tamamlayıb.

Surinin tərzi həmkarları tərəfindən də bəyənilib. Xalq artisti Röya Ayxan ona “Gözəlsən də” şərhini yazıb. Müğənnilər Ayaz Babayev, Dilarə Kazımova da ona ürək emojisi ilə sevgisini bildiriblər.