WOW
WOW

“Yazıq gəlinimi erməni eləmişdilər”

“Yazıq gəlinimi erməni eləmişdilər”

Sabiq xarici işlər naziri Elnar Məmmədyarov övladlarının illər əvvəl Nyu-Yorkda 2 bahalı mənzil alması ilə bağlı xəbərə də münasibət bildirib.

OLAY yazır ki, o bu barədə modern.az-a müsahibəsində danışıb.

“Onu deyən şəxslər bilmir ki, Amerika bank sistemi necə işləyir. Hansı bankla əməliyyat etmişəm, yazışmaların hamısı var. Evdə bununla bağlı 5 kiloqrama yaxın sənəd var, hamısını saxlayıram. Ona görə də mən rahatam. Bu, mənə qarşı kampaniya idi, özü də bilirəm ki, bunun arxasında kim dayanırdı. Amma bu böhtanların heç biri mənə dəymir, mən elə şeylərə fikir vermirəm. Mənim yazıq gəlinimi erməni eləmişdilər. Atası italyan, anası irlandiyalı, özü amerikandı. Başa düşmürdü, deyirdi ki, mənim üstümə niyə düşüblər?”.

Qeyd edək ki, Riyad Məmmədyarov Aleks Zapalla adlı xanımla 2019-cu ildə ailə qurub.