“Tac da aksesuarlarımdan biridir. Geyimimə yaraşdı. Mən tacla doğulmuşam. İlhamə xanımın sağlığında da mən tacdan istifadə edirdim”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Tarixin bir günü” verilişində tez-tez istifadə etdiyi taclardan danışarkən deyib. O uzun müddət küsülü olduğu mərhum Xalq artisti İlhamə Quliyevadan da söz açıb:
“O da taclara görə mənə qarşı çıxdı. İlhamə xanımln yerində heç kəs otura bilməz. O hər zaman yaşayacaq. Baxmayaraq ki, ondan yaşca balacayam. Arzu edirəm ki, sənətdə Elza kimi hər zaman qalım”.