WOW
WOW

Çox səmimi müdafiə...

Çox səmimi müdafiə...

Aktyor Səmimi Fərhadla bağlı müzakirələr gedir... Buna səbəb sənətçinin Apa-ya müsahibəsi zamanı mütaliə etmədiyini və film izləmədiyini deməsi olub. Ardınca Mirmehdi Ağaoğlu aktyorun fikirləri ilə bağlı köşə yazıb. 

“Əgər aktyor filmə baxmırsa, deməli, kino sahəsində yeni nə baş verirsə, ondan xəbərsizdir, oxuyub biliklərini, dünya görüşünü zənginləşdirmir. Sonra deyirik, bizim aktyorların əksəriyyəti niyə bu qədər dayazdır. Mən dayazlıq yazdım, əslində, düşüklük olmalıdır. Gedin xarici aktyorlara, sənət adamlarına baxın, sosial media hesablarını izləyin, bütün günü oxuyurlar, filmə baxırlar, evləri kitabla aşıb-daşır. Ağızlarını açanda da dürr tökülür”, - deyə, yazıda qeyd olunub.

OLAY yazır ki, S. Fərhad özü məsələyə səssiz qalmayıb. O, həmin köşəyə şərh yazaraq cavab verib:

“Bu, mənim əleyhimə yaradılan birinci kompaniya deyil. Dayaz, hətta düşük, “oxumağa, baxmağa hövsələm çatmır” sözümdən yapışıb onu savadsızlıq, dayazlıq, hətta düşüklük kimi qələmə verən və onu dəstəkləyənlərdir! Oxumağa qalsa, bizdən çox oxuyan var? Tək çəkildiyim filmlərin, serialların ədəbi materialını nəzərə alsanız, layiqli, layiqsiz görün, nələri, kimləri oxumuşuq”.

Aktyora öz həmkarları da dəstək olub. Onlar feysbukda paylaşımlar ediblər. Aktyor Türkay Cəfərli də S. Fərhadın müdafiəsinə qalxıb:

“Bu “Gündəlik” serialımız efirə getdi. Bəzi və hətta bir çox cəmiyyətə ziyanlı məsələləri işıqlandırdıq. “Auye” söhbətlər, erkən nikah, bəzi işdən ,sənətdən başqa hər şeyə burun soxan “curnalistlər” və sairə. O “curnalistlər” ki bəziləri seriala baxmayıb, bir hissəni kükrəyə-kükrəyə paylaşdılar. Bəzilərinin iç üzlərini açmışdıq. İndi də hər şeyləri bitib, aktyorların, kitab, film fəaliyyətinə “qəmiş” olublar. Belə cürətiniz varsa, digər sosial şəbəkələrdə millətin əxlaqını pozan, ağızlarından hörrə tökülənləri “bunt” edin. Yəqin, bir yeriniz üçün deyil. Elə sizin bəzilərinizin savadı aktyorun işini önəmsəməyib, layk, intriqa yığmaq üçün əqlinizi səhv işlətməyə qədərdir.

Səmimi Fərhad, sənin Azərbaycan mədəniyyətinə verdiyin töhfənin zərrədən zərrəsini bəzi jurnalistlər bundan sonra əllərinə 10000 qələm də alsa, verə bilməyəcək. Sənin elə bir rol üzərində işin onların min məqaləsindən, min qələmindən üstündür. Neyləmisənsə, nə demisənsə, yaxşı etmisən. Belə maraqlanan idilərsə, Azərbaycanda aktyorun aldığı qonorarı, hansı şəraitlərdə işinə hazırlaşmağı barədə də maraqlanardılar. Əsl məsələ budur! Kitab oxuyub nə etmisiniz, ay jurnalistlər?! Yoxsa siz hər axşam Stanislavski ilə bir oturub, sonra Çexovla qeybət qırmısınız, bizim xəbərimiz yoxdu. Alim olmaq asandır. Məsələ adam olmaqdır, olmaq”.

Aktyor Sənan Əlləz isə həmkarını bu sözlərlə müdafiə edib:

“Səmimi Fərhad, sən canlı Qarabağsan. Adın kimi səmimi dediyin bir cümlə ilə sənin əsəblərini sınaq qarşısında qoymaq istəyirlərsə, məncə, alınmaz. Həyat davam edir, qardaş. Hələ buna bax:

“Lütfəli Abdullayev savadsız adam olub, yəni yazmağı-oxumağı belə bacarmırmış, çünki məktəbdə yaxşı oxumayıb. Bildiyi yalnız ərəb əlifbası olub. Teatr və kino sənətindən də heç nə oxuya bilməyib, Stanislavski sistemindən isə tamamilə xəbərsiz olub”.