WOW
WOW

“Gözəl qadındır” - Faiqdən küsülü olduğu Brillianta

“Gözəl qadındır” - Faiqdən küsülü olduğu Brillianta

“Allah bircə balasını saxlasın, toy qismət eləsin. Allah onun sənət, həyat yolunu hamar etsin. Gözəl qadındır. Gözəlliyinə uyğun daha da gözəl həyat yaşasın. Səmimi qəlbdən deyirəm”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Faiq Ağayev illərdir küsülü olduğu həmkarı, Xalq artisti Brilliant Dadaşova barəsində söyləyib.

Sənətçi bu haqda “Rəngarəng səhər” verilişində danışıb.

“Bu sözləri ona çatdıracaqlar. Heç bilmirdim bura gələndə bu sualı alacağam. Bilmirəm sabah nə olacaq. Cavab gəlsə, nə gözəl, deməli, Azərbaycan incəsənətində dostluq var”, - deyə, o, bildirib.