WOW
WOW

“Münasibətimizdə kilo önəm daşımayıb”

“Münasibətimizdə kilo önəm daşımayıb”

“Gözəl qızlarım, inanın, münasibətlərimizdə heç vaxt kilo önəm daşımayıb. Yəni, bizim bir-birimizə bağlanmağımız üçün mənim arıqlamağıma ehtiyac yoxdur”.

OLAY yazır ki, bu sözləri influenser Xatirə Yüzbəyova deyib. O, bir izləyicisinin həyat yoldaşı Taleh Yüzbəyov və onun haqqında yazdığı “Sanki arıqlayandan sonra bir-birinizə eşqiniz artıb” mesajına cavab verib:

“Sadəcə həyatda bəzi yaşanmışlıqlar insana bir-birini nə qədər çox sevdiyini və bağlı olduğunu xatırladır. Birlikdə tez-tez paylaşım etmirəmsə, bu, o demək deyil ki, aramız yoxdur. Ya da qəmli bir mahnı paylaşıramsa... İnanın, davalı günlərimiz olub ki, mən burada deyə-gülə mahnı oxumuşam. Sosial mediada hər görünən gerçək deyil. Sevən insan sevdiyini hər halıyla sevir, kilosu, kaprizləri, dəli-dəli xasiyyətləri ilə arıqlamağım ancaq mənim özümə təsir edə bilər. Yəni, özgüvən məsələsinə...”.

Xatırladaq ki, Xatirə mədəkiçiltmə əməliyyatı ilə arıqlayıb.