WOW
WOW

“Lazım olsa, tullayın zibil yeşiyinə”

“Lazım olsa, tullayın zibil yeşiyinə”

Aparıcı Leyla Quliyeva növbəti paylaşımıyla diqqət çəkib.

OLAY yazır ki, o, instaqram hesabında izləyicilərinə səslənib və anı lazımınca yaşamağı məsləhət görüb.

“Günlər də fərqli, hadisələr də. Geyim də dəyişir, ətrafdakı insanlar da. Dəyişməyən və həmişə bizimlə sürünən (bəzən da uçuşan, və yaxud əlimizdən tutub aparan) hər nə varsa - heç kimin görmədiyi və görməyəcəyi ağrı, sevinc, hirs, küskünlük - bax, ən vacibi odur. Ona məğlub olmamaq üçün nə bacarırsınızsa, edin! Lazım olsa, dəfn edin, yandırın, tullayın zibil yeşiyinə! Ya da üzünə gülə-gülə əzin, tapdalayın! Ya da ki, söykənin və dərindən nəfəs alın. Bu anı lazımınca yaşayın! Xoşbəxt olana qədər!”, - deyə, aparıcı paylaşımında yazıb.