Tanınmış türk reper Berkcan Güven azərbaycanlı ifaçı Asya Əlizadəni (Alizade) məhkəməyə verib.
OLAY yazır ki, sənətçi bu barədə “Ebo Show” yutub verilişində danışıb. O bildirib ki, işləri məhkəmədədir.
İbrahim Tilaver veriliş zamanı Berkcana “Alizade sənə necə kələk gəldi?” sualını verib. O isə “Mahnılar hazırda məhkəməlikdir. Haqlarında xeyirlisi, yolları açıq olsun”, - deyə, cavab verib.
Qeyd edək ki, Alizade ilə Berkcan “24/7”, “Kalbin bana kaldı” adlı iki duetləri var.