Müğənni Əminə Şirin keçmiş həyat yoldaşı, müğəni Kazım Canla evliliyinə dair açıqlamalar edib.
OLAY yazır ki, ifaçı sözügedən evlilikdən olan övladının öldüyünü deyib:
“Birinci evliliyimdən övladım yoxdur. Uşaq oldu, 9 aylıq öldü. O, dəstək oldu deməzdim, yanımızda idi. Mən xəstəxanada idim, dəfn mərasimi ilə bağlı hər şeyi atam dəqiq bilir. Bildiyim çox şeyləri də unutmuşam. 16 il əvvəl olub. O qədər stress çəkmişəm ki, sağlığımda da bəzi problemlər oldu”.
Əminə Kazım Canın müğənni Səidə Sultanla qatıldığı bir proqramda evliliklərini saymamasından bəhs edib:
“Bundan əvvəl Səidə Sultanla Xəzər TV-də başqa bir aparıcının verilişinə çıxıb. Aparıcı sual verir ki, “Siz Əminə xanımla evli olmusunuz”. Səidə götürür mikrofonu deyir ki, “O sayılmır”. Bu da baxıb deyir ki, “Bəli sayılmır”. Sənin valideynlərin, mənim valideynlərim o toyda iştirak edib. Yanındakı hər nə deyirsə, o, onsuz da həyatda heç vaxt düşünüb cümlə qurmayıb. Heç vaxt dərinliyə getməyib ki, mirvari oradadır. Dayazda hamı üzə bilir. Sən də o deyən sözü təsdiqləyirsən. Bəs sən o uşağın ruhuna hörmət qoymursan? Nə dərəcədə yanlışdır bütün bunlar”.
Qeyd edək ki, Əminə Şirin 2-ci dəfə ailə həyatı qurub və ayrılıb. Onun bu evlilikdən Fatimə adlı qızı dünyaya gəlib. Kazım Can da 2019-cu ildə Brilliant adlı xanımla evlənib.