WOW
WOW

“2009-dan bu yana kini niyə saxlamısan?”

“2009-dan bu yana kini niyə saxlamısan?”

Xanəndə Sahib İbrahimovla müğənni Elçin Cəfərov arasında gərginlik yaşanıb.

OLAY yazır ki, hadisə ARB TV-də yayımlanan “Elgizlə izlə” verilişində baş verib.

Elçin Sahibin onunla güclə görüşdüyünü bildirib. İbrahimov isə söyləyib ki, Elçindən inciyib. Cəfərov bu barədə xəbərsiz olduğunu dilə gətirib.

Xanəndə bildirib ki, illər öncə Elçini qohumunun toyuna dəvət etmək istəyib. O buna görə ifaçının köməkçisi ilə iki dəfə əlaqə saxlasa da, müğənnidən heç bir geri dönüş almayıb.

“Mənim hər zaman kiçiyə də, böyüyə də hörmətim olub. Mən dəfələrlə Sahib bəyi görmüşəm. Məkana daxil olan adam salam verər, salamı da alarlar. Fərqi yoxdur sən küsülüsən ya yox. Bu, Allahın salamıdır. Əziz qardaşım, 2009-cu ildən bu yana bu kini niyə saxlamısan? Görüşərdik, söhbət edərdik, deyərdin ki, belədir. Dəfələrlə çəkilişlərdə görüşmüşük. Bu çox xırda bir söhbətdir. Qəlbinə dəymişəmsə, üzr istəyirəm. Mən heç kimin qəlbinə dəyən adam deyiləm. Belə söhbətlər bu aləmdə çox olur. Mənim o yadımda deyil ki, mənə deyilib, ya deyilməyib”, - deyə, Elçin ittihamlara cavab verib.