WOW
WOW

“Sabah sevgi etirafı edəcəyəm!”

“Sabah sevgi etirafı edəcəyəm!”

Müğənni Mehin Hümbətova açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, ifaçı instaqramda video paylaşaraq sevgi etirafı edəcəyini söyləyib:

“Sabah sizin qarşınızda sevgi etirafı edəcəyəm. Niyə məhz sabah? Çünki sabah cümə günü – müqəddəs gündür. Venera planetinin günüdür. Bu planet mənimdir – gözəllik, sevgi planetidir. Odur ki, sabah möhtəşəm gün olacaq”.

Qeyd edək ki, M.Hümbətova “Xalq ulduzu” yarışması ilə məşhurlaşıb. O, müsabiqədə 3-cü olub. Uzun illər musiqidən kənar qalsa da, artıq iki ildir ki, yenidən öz peşəsi üzrə fəaliyyət göstərməyə başlayıb. Müğənni eyni zamanda aparıcılıq da edir.