WOW
WOW

“Gürcüstanda filmə baxdım, arzuladım ki, kaş, Rasim Balayevlə çəkiləydim”

“Gürcüstanda filmə baxdım, arzuladım ki, kaş, Rasim Balayevlə çəkiləydim”

“Gürcüstanda yaşadığım üçün Azərbaycan kinosundan, teatrından o qədər də xəbərdar deyildim. Düzdür, o vaxt kinoteatrlara filmlər gəlirdi, amma o qədər də xəbərdar deyildim, nə yalan deyim. Gürcüstanda o qədər də təbliğ olunmurdu Azərbaycan kinosu və ya teatrı”.

OLAY yazır ki, bu sözləri Oxu.az-a müsahibəsində Xalq artisti Naibə Allahverdiyeva deyib.

“Bir dəfə “Nəsimi” filminə baxdım və çox xoşum gəldi həm kinodan, həm Rasim Balayevdən. Ürəyimdən keçdi ki, inşallah, mən də böyüyərəm, aktrisa olaram, Rasim Balayevlə birlikdə çəkilərəm. Çox qəribə hiss var idi içimdə. Sonra gəldim buraya, oxudum, aktrisa oldum”, - deyə, o, bildirib.