WOW
WOW

“Bu il çox böyük toy edəcəkdim özümə”

“Bu il çox böyük toy edəcəkdim özümə”

Müğənni Roza Zərgərli bu il doğum gününü qeyd etməməyindən danışıb.

OLAY yazır ki, ifaçı bu barədə “Xəbər ətər” verilişində söz açıb:

“Bizim oynayıb oxumağımız, səhnədə, televiziyada sizin qarşınıza çıxmağımız peşə borcumuzdur. Necə qəbul edirsinizsə, edin. Amma peşə borcu bitəndən sonra, makiyaj silinəndən sonra, əynini dəyişəndən sonra, evdə bir stəkan çay içəndən sonra əsl sən evdə peyda olursan. O əsl mən hələ bir il boyunca içimdə ayrı hisslər yaşayıram. Ona görə də bu il ad günü keçirmədim. Keçən il noyabrda ata itirdim deyə. Oynayıram, oxuyuram bu mənim peşəmdir. Bu il çox böyük toy edəcəkdim özümə 45 yaşımda. Namizədlər arasında seçim etmişdim, dedim eybi yox, bir il də sənə gəzməyə icazə verirəm”, - deyə, o, söyləyib.