WOW
WOW

“İki idi, üç olacaq”

“İki idi, üç olacaq”

Aparıcı Günay Baxşəliyeva ATV kanalının efirində yeni veriliş aparacaq.

OLAY yazır ki, o, həftəiçi 5 gün saat 15:00-da “Günaylı gün” verilişi ilə izləyici qarşısına çıxacaq.

Günayın canlı efirdən sonra isə, həyat yoldaşı Zaur Baxşəliyevin “Bizimləsən” proqramı başlayacaq. 

“Dedik ki, iki idi, üç olacaq. “Bizimləsən”, “Zaurla Günaydın” və həftənin bazar ertəsindən etibarən Günay xanımın gündəlik proqramı başlayır. “Günaylı gün”. Günləriniz Günaylı olacaq. Çox maraqlıdır. Söyləmək istəmirəm içərisində nələr olacaq. Gedişatda görəcəksiniz. Allahın köməkliyi ilə başlayırıq. İllərin təcrübəsi olan televiziya işçisi olaraq növbəti bir layihəyə də imza atırıq. Ardından da “Bizimləsən” olacaq, sonra da yenə şənbə-bazar “Zaurla Günaydın””, - deyə, Zaur bildirib.

Qeyd edək ki, sözügedən veriliş “Bizimləsən”in qısaldılan vaxtında ekranlara gələcək.