Müğənni Elçin Cəfərov sosial media hesabında diqqət çəkən paylaşım edib.
OLAY yazır ki, ifaçı bir xanımla fotosunu paylaşaraq çox darıxdığını yazıb:
“Mən təsəvvürümə gətirə bilməzdim heç. Yəni bu qədərmi sevər! İnan nə hiss etdiyimi sözlərlə ifadə edə bilmirəm. Mən də onu sevirəm, bəlkə daha çox. Amma mən hisslərimi ifadə edə bilmirəm. Çünki o istək məndə çox dərinliklərdədir. Onun üçün çox darıxıram. Elə indi gedəcəyəm, ürəyimdə nə varsa hamısını ona deyəcəyəm. Axı o mənim hər şeyimdir, ürəyimdir mənim”.
İzləyicilər isə bu paylaşımı birmənalı qarşılamayıb. Bəziləri bunun mahnı sözləri olduğunu yazıb. Digərləri isə Elçinin bunları boşandığı həyat yoldaşına ithaf etdiyini vurğulayıb.