WOW
WOW

Şvarzzeneger yenidən ürək əməliyyatı keçirdi

Şvarzzeneger yenidən ürək əməliyyatı keçirdi

Aktyor Arnold Şvarzzeneger “Men's Health”ə açıqlamasında ürəyindən əməliyyat olunduğunu deyib.

OLAY yazır ki, sənətçi bildirib ki, ona kardiostimulyator quraşdırılıb. Ancaq o, Avstriyada öz sağlamlığı və problemlərindən danışmaq adəti olmadığını söyləyib.

“Ancaq mənim kimi ikiüzlü aorta qapağı ilə doğulmuş insanlardan o qədər çox mesaj aldım ki, mənim aorta qapağının dəyişdirilməsi əməliyyatlarım haqqında danışmaq onlara cəsarət verdi və onlar müalicəyə hazır olduqlarını bildirdilər”.

Şvarzzeneger qeyd edib ki, əməliyyata görə ağır fiziki fəaliyyəti dayandırıb. Lakin o, bir aydan sonra məşqlərə qayıtmağı planlaşdırır.

Qeyd edək ki, aktyor ilk dəfə 1997-ci ildə ürək əməliyyatı keçirib. O, anadangəlmə ürək qüsuru səbəbindən aorta ürək qapağı dəyişdirilib. Sənətçi 2018 və 2020-ci illərdə də oxşar əməliyyatlar keçirib.