WOW
WOW

“Bitməyini istəmirdik”

“Bitməyini istəmirdik”

Xalq artisti Miri Yusif Gəncədə konsert verib.

OLAY yazır ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında səhnəyə çıxan sənətçi sevənlərinə unudulmaz gecə yaşadıb.

Ard-arda hitlərini canlı ifa edən Miri Yusif onlarla söhbətləşməyi də unutmayıb.

“Çox sevdiyim şəhərdə - Gəncədəki dinləyicilərimlə görüşdük. Bu sevgi üçün sizə minnətdaram. Nə mən, nə onlar konsertin bitməyini istəmirdik. Tezliklə yenidən görüşəcəyimizə söz verirəm!”, - deyə, Miri Yusif bildirib.

Qeyd edək ki, müğənni 12-13-14 iyulda Yaşıl Teatrda da konsert verəcək.