WOW
WOW

Məşhurlarımızın ilk instaqram addımları...

Məşhurlarımızın ilk instaqram addımları...

İnstaqram paylaşım platforması dövrün ən mühüm sosial şəbəkə xidmətidir və dünya ulduzlarının ən çox aktiv olduğu məkanlardan biri hesab olunur. 

İlk olaraq 2010-cu ilin oktyabrında iOS üçün istifadəyə verilən İnstaqram iki ayda bir milyon, bir ildə 10 milyon və 2018-ci ilin iyundan etibarən 1 milyard qeydiyyatdan keçmiş istifadəçi ilə sürətlə populyarlıq qazanan platformadır. 

Azərbaycanda isə yarandığı ilk günlərdə instaqramın az istifadəçisi olsa da, iki il sonra populyarlıq əldə edib.

Məşhur simalar da 2012-ci ildən etibarən sözügedən platformadan istifadə etməyə başlayıblar.  

Maraqlıdır, Azərbaycanda populyar simalarının instagramda ilk paylaşımları nə vaxt olub? 

OLAY sözügedən siyahını təqdim edir:

Xalq artisti Aygün Kazımova, 15 noyabr, 2012-ci il

Xalq artisti Zülfiyyə Xanbabayeva, 7 sentyabr, 2015-ci il

Xalq artisti Röya Ayxan, 29 iyul, 2019-cu il

Xalq artisti Faiq Ağayev, 20 sentyabr, 2012-ci il

 
Müğənni Zamiq Hüseynov, 24 fevral, 2013-cü il

Müğənni Natavan Həbibi, 30 dekabr, 2013-cü il

Sevil və Sevinc Səfərova, 15 fevral, 2016-cı il

Günay İbrahimli, 30 mar, 2013-cü il

Xalq artisti Miri Yusif, 29 may, 2012-ci il

Xalq artisti Mələxanım Əyyubova, 30 noyabr, 2014-cü il

Əməkdar artist Lalə Məmmədova, 16 noyabr, 2013-cü il