WOW
WOW

Təranənin şikayəti təmin edilməyib

Təranənin şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun tanışı Rasim Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

OLAY pravda.az-a istinadən yazır ki, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il, Rasim Həsənov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Təranə Səmədova və Rasim Həsənov ötən ilin fevralında həbs olunub. Onlar birgə hədə-qorxu ilə tələb etməkdə ittiham ediliblər.