Stilist Anar Ağakişiyev türk məşhurları bəzədiyi qiymətlərdən danışıb.
OLAY yazır ki, stilist 1 gününü itirdiyinə görə məbləğin yuxarı olduğunu və yol xərclərinin də qarşılandığını bildirib. O, həmçinin Bülent Ersoyla Demet Akalını hansı qiymətə bəzədiyini açıqlayıb. Bu barədə Ağakişiyev “Rəngarəng səhər” verilişində məlumat verib.
“Mən heç bir sənətçi dostuma, yaxın dostuma - Röyadır, Səidə Sultandır, məbləğ demirəm. Amma onlar da öz tərəflərindən, mən demirəm, üçdən-beşdən “konvert”ə qoyub yollayırlar jest olaraq. O ki, qaldı xarici ulduzlara, pulsuz bəzəmirəm onları. Təyyarə biletim alınır, gün itirdiyimə görə buradakı məbləğdən üstün verilir. Əgər bir günlük işdirsə, 1000, 1500 dollar arası (1700-2500 manat) olur”, - deyə, Anar söyləyib.