WOW
WOW

Aygün Kazımova da “Dream Fest”də çıxış edəcək

Aygün Kazımova da “Dream Fest”də çıxış edəcək

Xalq artisti Aygün Kazımova da bu yay Bakıda keçiriləcək “Dream Fest” beynəlxalq musiqi festivalında səhnəyə çıxacaq.

OLAY yazır ki, sənətçinin səhnəsi iyulun 28-də - bağlanış mərasimində baş tutacaq.

Qeyd edək ki, Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən “Dream Fest” iyulun 23-dən 28-nə kimi olacaq. Festival çərçivəsində bir çox əcnəbi müğənni Bakıda səhnə alacaq.

Onu da bildirək ki, tədbirdə çıxış edəcək yerli sənətçilərdən ilk Xalq artisti Röya Ayxanın adı açıqlanmışdı. Onun səhnəsi iyulun 24-ü açılış mərasimində olacaq. Daha sonra Jony və Jah Khalibin də gecədə iştirak edəcəyi bildirilib.