“Meta”nın fəaliyyətində problem yaranıb.

OLAY yazır ki, şirkətə bağlı olan platformaların işi dayanıb. Feysbuk və instaqram istifadəçilərinin hesablarından çıxış verilib. 

Metanın sözçüsü Endi Ston bu barədə məlumat yayıb: “İnsanların xidmətlərimizə girişdə problem yaşadığının fərqindəyik. Hazırda bunun üzərində çalışırıq”.

Qeyd edək ki, nasazlığın bütün dünyada baş verdiyi məlum olub.