Şəxsi həyatı və açıqlamaları ilə tez-tez gündəmə gələn türk şoumen Mehmet Ali Erbil anası ilə yaşadığı problemlərdən danışıb.
OLAY yazır ki, anasının dəfn mərasimində iştirak etməməsi ilə müzakirələrə səbəb olan Erbil bu məsələ ilə bağlı susqunluğunu keçmiş həyat yoldaşı Tuğba Coşkun və onun bacısı Şeyda Coşkunun proqramında pozub.
Anasına haqqını halal edib-etmədiyi soruşulan Erbil belə cavab verib: “Anama haqqımı halal etmişəm, əlbəttə, əzizim. Halal etməmək üçün heç bir səbəb ola bilməz”.
Lakin məşhur şoumen dəfn mərasimində iştirak etməməsinin səbəbini də açıq şəkildə izah edib.
“Dəfn mərasiminə gedə bilmədim. İçimdən gəlmədi. Hər şey bu qədər sadədir”, — deyə Erbil anasına qarşı keçirdiyi incikliyi dilə gətirib.