WOW
WOW

Alla və Qalkinə ən ağır cəza...

Alla və Qalkinə ən ağır cəza...

Müğənni Yuri Loza aif.ru saytına müsahibəsində Rusiyanı tərk edən Maksim Qalkin və Alla Puqaçova üçün ən ağır cəzanın unudulmaq olacağını bildirib.

OLAY yazır ki, o, söhbətində bu fikirlərə yer verib:

“Onlar deyəndə ki, gəlin onları nədənsə məhrum edək, getdiklərinə görə cəzalandıraq, mən həmişə deyirəm: onları cəzalandırmağın yeganə yolu onlar haqqında danışmağı dayandırmaqdır. İndi siz məndən müsahibə alıb onun haqqında soruşmaqla Puqaçovanı təbliğ edirsiniz. Hər şey unudulub və üstündən xətt çəkilib! Dəstə döyüşçünün itkisini hiss etməyib”.

Eyni zamanda, sənətçi bir daha xatırladıb ki, diva uzun müddətdir ki, yeni mahnılar yazdırmır və çıxış etmir. Loza onu təqaüdçü adlandırıb və rusların sözügedən məşhurların mühacirətindən heç nə itirmədiyini qeyd edib. Müğənninin dediyinə görə, televiziyada Qalkinin əvəzedicisi tez tapılıb və radio çoxdan müasir ifaçıların mahnılarını səsləndirir.