WOW
WOW

​“Ayıb olsun, siz nə danışırsınız?”

​“Ayıb olsun, siz nə danışırsınız?”

Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artistlər Coşqun Rəhimov və Rafael İskəndərovun münsif olduğu “Şən gənc” verilişinin son bölümü maraqlı anlarla yadda qalıb.

OLAY yazır ki, aparıcı Aysel Novruzova C. Rəhimova “Demirəm, dünyasını dəyişsə. Alalh iraq eləsin. Elə bilin ki, Müşviq Abbasov sadəcə miras qoyub. Rafael bəyə 1 milyon, sizə isə 3 manat. Nə edərsiniz” sualını ünvanlayıb.

C. Rəhimov isə “Deyirsiniz ki, Allah gecindən versin, dünyasını dəyişib? Yasin oxutdurarıq”, - deyə bildirib.
İskəndərov da onun fikrini təsdiqləyib.

A. Bəşirqızı isə anidən qəzəblənərək bunları söyləyib:

“Ayıb olsun. Bu verilişdir, siz nə danışırsınız? Müşviq sizə pis olub? O sizin çörək ağacınızdır. Utanmaq, qızarmaq yox. Çörəyi dizinin üstündə olan adamlar. Yaxşı bitirin”.

Daha sonra “Heç olmasa mirası mənim üçün qoyardı”, - deyərək zarafat etdiyini bildirib.