WOW
WOW

“Film çəkmək hər kəsin başı üçün deyil”

“Film çəkmək hər kəsin başı üçün deyil”

Rejissor və ssenarist Cavid Təvəkkül ad çəkmədən aktyor Hikmət Rəhimova söz atıb. 

OLAY yazır ki, bununla bağlı o, feysbukda status paylaşıb. C. Təvəkkül filmin və rejissorun adını hallandırmadan Rəhimovun “Apatiya” adlı ekran işinə irad bildirib:

“Sənətkar o vaxt sənətin şahı, ağsaqqalı olur ki, insanın daxili həyəcanlarını və sarsıntılarını ekranda, yaxud səhnədə yüksək səviyyədə estetik gözəlliklə ifadə edir, göstərir. Bir nəfər belə bu epizoddan, səhnədən iyrənmir. Heç kəs bu həyəcan, sarsıntılar haqda danışmağa cürət etmir, hər kəs bu həyəcanı, sarsınıtını içində yaşayır. Eybəcərlik, reytinq, guya ki, “realizm göstərirəm” anlayışı sənət üçün deyil. Film çəkmək hər kəsin başı üçün deyil, bəlkə də özüm hələ film çəkməmişəm”.

İzləyicilərindən biri ona “Film elə hayatın özüdür və mütləq ədəbi olmalı deyil. Hikmətdə dahi rejissor deyil, amma namizəddir” şərhini yazıb.

Təvəkkül isə həmin rəyə “Film həyatın özü ola bilməz! Adını çəkdiyiniz aktyorun da “dahi” statusuna namizədliyini irəli sürdünüzsə, sizə eşq!”, - deyə, vurğulayıb.

Bunun ardınca həmin istifadəçi təkrar Təvəkkülə Rəhimovla bağlı rəy bildirib:

“Film haqqında əksər tənqid, irad və tərifləri oxumuşam. Hikmət cəmiyyətimizin problemlərini çılpaq şəkildə nümayiş etdirir, amma qurtulmaq üçün çıxış yolu göstərmir. Bəlkə də eybəcərliklərimizi görüb, bundan iyrənməklə nəticə çıxaracağımızı istəyir. Deyərdim ki, son iki filmi ilə müəyyən mənada bacarıb. Filmin mətnini yazanlar və rejissorluğunu edənlər də biz insanlarıq və həyatdanıq. Hikmətə dahi demədim, namizəd dedim və dahi ola da bilər, olmaya da”.

Bundan sonra C. Təvəkkül “Camaatın adını niyə hallandırırsan burada? Mənim kim haqda nəsə yazdığımı harada duydun? Ekstrasenssən? Bu öz yerində. İkincisi də ki, sənə and verirəm bizi uzaq elə oyunlardan”, - cavabını verib.

Qeyd edək ki, Rəhimovun rejissoru olduğu “Apatiya” filmindəki səhnələr bir neçə gündür müzakirə olunur.