WOW
WOW

“O zaman “day-daya” nə ehtiyacımız var?!”

“O zaman “day-daya” nə ehtiyacımız var?!”

Əməkdar artist Mehriban Xanlarova bibisi, Xalq artisti Zeynəb Xanlarova ilə bağlı açıqlama verib.

OLAY yazır ki, aktyor Kamran Ağabalayevin “Qapqara” layihəsində qonaq olan sənətçi bibisinin ona dəstək olub-olmamasından danışıb.

O, Kamranın “Hər bir sahədə hər kəsin bir “dayı”sı olmalıdır. Bunu isə görə-görə gəlirik. Çox maraqlıdır ki, bibiniz sizə “dayı” ola bilmədi” fikrinə qarşı bunları söyləyib: 

“Buna konkret cavab versəm, olar? Kamran, illərdir ki, bu sənətdə addımlayırsan, sənin “dayı”n var? Yox. Əgər bizim istedadımız varsa, içimiz dolub daşırsa və bu gün də rejissorlara lazımıqsa, o zaman “day-daya” nə ehtiyacımız var!?”.