Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı efirdə kövrək anlar yaşayıb.
OLAY yazır ki, o, həyat yoldaşı Doğuşun onun artıq çəkili vaxtlarını parodiya etməsindən inciyib. Göz yaşı tökən aparıcı ağlamaq səbəbini də açıqlayıb:
“Üzr istəyirəm ki, tamaşaçıların kefini pozdum. Yazırlar ki, niyə ağladınız. Pis oldum. Birinci növbədə deyim ki, əkiz övlad dünyaya gətirmək xoşbəxtlikdir. Amma çətin vaxtlarım oldu. Həmin ərəfədə çalışdığım kanalı tərk etdim. Orada stressdən övladımızı itirmişdik. Bir anlıq o illəri xatırladım. ATV-dən ayrılanda uşağım tələf oldu. Verilişin bağlanma xəbəri qulağıma deyildi. Bir həftədir bilirdim ki, hamiləyəm. Efir gedə-gedə dedilər ki, o vaxtkı teleradio şurası “Səni axtarıram” və bu tipli verilişlərin bağlanmasına qərar verib. Tez əlimi tutdum, dedim ki, Xoşqədəm, sakit ol, hər şey yaxşıdır. Canlı efir gedir, hamı ağlayır. Mən gülürəm. Çox çətin vaxtlardan keçdik. Birdən xətrimə dəydi ki, Doğuş o dönəmləri xatırlatdı. Doğuş mənimlə uşaq kimi rəftar edirdi. Çox çətin günlər idi. Belə olanda yolunuzu azmayın”.