WOW
WOW

52 yaşlı aktyorla seks səhnəsinə görə tənqid edildi

52 yaşlı aktyorla seks səhnəsinə görə tənqid edildi

Amerikalı aktrisa Cenna Orteqanın yaşlı kişilərə üstünlük verməsi ilə bağlı dedi-qodular uzun müddətdir ki, gəzir. 

OLAY yazır ki, ötən ilin sentyabrında “Wednesday” serialının 21 yaşlı ulduzunun Conni Depplə münasibətinin olması barədə şayiələr yayıldı - o zaman məşhurların 20 və 60 yaşı var idi. 

Azarkeşlər buna asanlıqla inanmışdılar və yaş fərqi onları heç narahat etmirdi (bir neçə qəzəbli “Daily Mail” oxucusu istisna olmaqla). Daha sonra hər iki aktyor bir-birlərini heç görmədiklərini deyərək məlumatları təkzib etdilər.

Conni ilə münasibət qurduğuna görə Jennanı tənqid etməyə çox az adam cəsarət etmişdi, lakin indi onun filmdə yaşlı bir adamla eşq yaşaması sosial mediada geniş müzakirələrə səbəb olub.

Orteqanın rol aldığı “Millerin qızı” filmindən kadrlar internetdə yayılıb. Qızın sevgilisi və eyni zamanda müəllimi rolunu 52 yaşlı aktyor Martin Friman canlandırıb. Filmdə ulduzlar arasındakı yaş fərqinə görə pərəstişkarlarını ciddi şəkildə qəzəbləndirən seks səhnəsinin də yer aldığını bildirsək, təəccüblənmərik. Qəzəbli rəylər həm həm aktyorlara, həm də rejissora yazılıb.

“Düşünürəm ki, bu yaş fərqi filmlərinə son qoymağın vaxtıdır. Bu, çox kobud və bezdiricidir”, “Martin Friman, Cenna Orteqa ilə nə edirsən? Mən utanıram”, “Bir növ pozğunluq. Hətta Leonardo DiKaprio da qəzəblənərdi”, - deyə istifadəçilər bildirib. Xoşbəxtlikdən bunun sadəcə bir film olduğunu qeyd edərək, çılğın kütləni sakitləşdirməyə çalışanlar da olub.

Sənətçilər isə yazılan rəylərə reaksiya verməyib.