WOW
WOW

Ayan və göz yaşları...

Ayan və göz yaşları...

Müğənni Ayan Babakişiyeva “Özəl” proqramında qonaq olub.

OLAY yazır ki, sənətçi Aygün Bəylərin bəstəsi olan “Dəniz”mahnısını ifa etdiyi zaman göz yaşlarını saxlaya bilməyib.

O, həyatdakı səhvlərindən və şəxsi həyatından danışıb:

“Nə səhv etmişəmsə, əcəb etmişəm. Səhv edirəmsə, demək işləyirəm. Allah o gündən saxlasın ki, mən səhv etməyim. Onda ölü kimi bir şeyəm. Səhv edən insanlar çalışanlar, risk edən, addım atanlardır. Nazımı çəkən gələcək də, necə lazımdır addım atacaq da. Özüm öz nazımı da, dərdimi də, ağrımı da çəkirəm. Sonra da çıxıb deyirəm ki, sən çox qəşəng, ağıllı qızsan. Ürəyim hər zaman doludur. Sevgiylə doludur, bu da qarşılıqlıdır. Çünki qızım Selena anasını çox sevir. Şəxsi planda da sevirəm. Amma bir şeyi anladım ki, sevəndə çalış əlçatan olma. Sənə əli çatdısa, bitdi. Sevginin dəlisini də, ağıllısını da yaşamışam. Yalandan deməyim bir dəfə sevmişəm, bir neçə dəfə sevmişəm. Son sevgimdə anladım ki, məsafə daha gözəldir. Çərçivələri də qırdım, çərçivəyə də saldım, çərçivədən də çıxdım. Amma belə daha yaxşıdır. Təcrübəsiz qadın deyiləm. Deyim ki, çox ağıllıyam yox, amma ağılsız qadın da deyiləm. 

Deyirlər, Allah sizi sevdiyinizlə sınağa çəkməsin. Bilmirəm bunu hansı mənada başa düşürsünüz. Doğrudan da elədir. Allah bizi sevdiklərimizin pisliyindən qorusun. Özünüzü seven. Elə sevdikləriniz sizə ən çox zərər verir”.