WOW
WOW

Elmanın oğlu dünyaya gəldi

Elmanın oğlu dünyaya gəldi

Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Elman Zeynalovun oğlu dünyaya gəlib.

OLAY yazır ki, sənətçi bu barədə sosial media hesabında məlumat verib. 

“Ən xoşbəxt anında - oğlumuz dünyaya gələndə sənin əlini tutduğuma sevindim”, - deyə, o, həyat yoldaşı Marqaritaya yazıb.

Qeyd edək ki, Elman koreyalı model Marqarita Soyla 2019-cu ilin dekabrında ailə qurub. Cütlüyün 2020-ci ilin iyununda qızları Mareil dünyaya gəlib.

Onu da bildirək ki, Sumqayıtda doğulan və ailəsi ilə Rusiyaya köçüb orada yaşayan Elman “Новая Фабрика звезд” layihəsi ilə məşhurlaşıb. M.Soy isə biznes ledidir. Onun Moskvada gözəllik salonu var. Eyni zamanda model kimi fəaliyyət göstərir.