Müğənni Teylor Svift saxta pornoqrafiyanın qurbanı olub.
OLAY yazır ki, bu barədə Daily Mail məlumat yayıb.
Süni intellektin yaratdığı şəkillərdə sənətçinin sevgilisi Travis Kelcenin oynadığı “Kansas City Chiefs” futbol komandasının matçında çılpaq şəkildə əks olunub.
Nəşrin müğənniyə yaxın mənbəyə istinadən verdiyi məlumata görə, Teylor Svift qəzəblənib və ədəbsiz “deepfake - Celeb Jihad” saytının müəlliflərini məhkəməyə vermək niyyətindədir.
“Onun mütləq hüquqi tədbir görüb-götürməyəcəyi hələ müəyyən edilir, lakin bir şey aydındır: bu saxta şəkillər zorakılıq, təhqiramiz, istismar xarakteri daşıyır və Taylorun razılığı olmadan hazırlanmışdır”, - deyə, bildirilir
Sviftin nümayəndəsi vurğulayıb ki, ABŞ dərin saxtakarlığın yayılmasına qarşı sərt qanunlar qəbul etməlidir.