WOW
WOW

Zaurdan səhhəti ilə bağlı açıqlama

Zaurdan səhhəti ilə bağlı açıqlama

Aparıcı Zaur Baxşəliyev verilişinin 1 saat tez bitməsi ilə bağlı açıqlama yayıb.

OLAY yazır ki, bununla bağlı o, instaqramda video paylaşıb. Zaur səhhətinin yaxşı olmadığını bu səbəbdən də proqramın yarımçıq kəsildiyini bildirib:

“Dünən mənə görə narahat olan dualar edən hər kəsə sonsuz təşəkkür edirəm. Şükür Allaha yaxşıyam. Hər şey qaydasındadır. Təzyiqim yüksəldiyi üçün verilişin son saatını sizinlə bərabər ola bilmədim. Bu gün yaxşıyam ,şükür. Hər kəsə sonsuz təşəkkür edirəm. Sağlamlığınızın qeydinə qalın. Allah qoysa, bu gün saat 15:00-da yenə də sizə “Bizimləsən” deyəcəyik. Allah hamınızı qorusun. Özümə borc bildim burada sizə müraciət edim. Nigaran qalmayın, bu gün yaxşıyam, bir az narahatlıq qalıb o da keçər Allahən izni ilə”.