WOW
WOW

Gülzar Qurbanovanın səhhəti necədir?

Gülzar Qurbanovanın səhhəti necədir?

Bir neçə gün əvvəl səhhəti pisləşən Əməkdar artist Gülzar Qurbanova hazırda özünü yaxşı hiss etdiyini deyib.

OLAY yazır ki, 53 yaşlı aktirsa ona görə narahat olan dost və tanışlarına təşəkkür edib.

“Sizi narahat etdiyimə görə üzr istəyirəm, artıq yaxşıyam. Adətən, mən insanları belə şeylərlə yükləməyən biriyəm. Hətta koronavirusun ən ağır mərhələsindən keçib və bir ay öncə 65/35 təzyiq ilə az qala komaya düşəcək vəziyyətdə də belə paylaşım etməmişəm. Yəqin, sizə ehtiyac duymuşam deyə, yazdım. Şərhlərinizi bir-bir oxudum, kövrəldiyim də oldu, sevindiyim, qürurlandığım da. “Votsap”a yazılan xoş sözlərinizə görə hər birinizə ayrı-ayrılıqda yaza bilməsəm də, hər birinizə xüsusi təşəkkür edirəm. Bu qədər həssas və təmənnasız dostlarım məni həm də həyata bağlayır, yaşamağa məcbur edir”, - deyə, sənətçi bildirib.