Tanınmış influenser Aysel Şükürün instaqram hesabı uzun zamandır ki, bağlıdır.
OLAY yazır ki, profilin bağlı olma səbəbini bloger Ramal İsayev açıqlayıb. Onun iddiasına görə, Aysel səhifəsini özü bağlayıb. Buna zəmin yaradan isə Şükürovanın rəfiqəsi Fidan İbrahimova (Fi İbrahimova) ilə arasında yaranan qalmaqal olub.
“Ayselin güvəndiyi dostu yarışma etmək adıyla camaatdan pul yığıb, Ayselə külli-miqdarda pul atıb və aylarla yarışı keçirməyib. Aysel də deyib ki, camaatın pulunu qaytar, yoxsa, paylaşacağam. O da Ayselə bildirib ki, 2 saata qaytaracağam hamının pulunu, amma bu günədək qaytarmayıb.
Fidan İbrahimova həm Ayselə, həm də sponsorlara pul atıb, yoxa çıxıb. Ayselə də sponsorlar dayanmadan ağzına gələni, təhqirlər yazdığından o, səhifəsini dondurub. Səslərə özüm qulaq asmışam. Bu da dost dediklərimiz... Aysel yaxşılıq etmək istəyirdi ki, pis vəziyyətdədir, pula ehtiyacı var. Amma o da Ayselə belə etdi...”, - deyə, Ramal instaqramda paylaşıb.
OLAY qarşı tərəfin də cavabını almaq məqsədilə Fidan İbrahimova ilə əlaqə saxlamağa çalışsa da, o, zənglərimizə cavab verməyib.