Əməkdar artist Niftulla Əsgərov vəfat edib.
OLAY yazır ki, tanınmış aktyor uzun sürən xərçəng xəstəliyindən sonra 65 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, N.Əsgərov 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrında çalışıb.
2018-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. O, bir sıra filmlərdə və seriallardakı rolları ilə tanınıb.