“Səhifəm artıq təhlükəli deyil, profilimi qaytara bildik”.
OLAY yazır ki, bu sözləri səhifəsi bir neçə gün öncə oğurlanan prodüser Ranar Musayev paylaşıb.
O bildirib ki, müğənni İradə İbrahimovanın da səhifəsi geri qaytarılıb:
“Ad günümə hədiyyə oldu. Təhlükləli səhifələr - Aygün Kazımova, Ceyhun Əli, DJ Kamran AKG, Kobra Pərviz. Bu səhifələrdən gələn məktublara və linklərə hələ ki girməyin. Əsasən bu şəkildə link göndərilir. Siz linkə klikləyən kimi profilinizə daxil olurlar, xəbəriniz olmadan bir neçə gün iş aparırlar. Profilinizi telefonunuzdan, mailinizdən sakitcə ayırırlar. 2-3 gün sonra parolunuzu dəyişirlər və o andan səhifə sizin deyil. Diqqətli olun!”