Aktrisa Ülviyyə Xəlilbəyli dələduzluqla üzləşib.
OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb. ÜIviyyə deyib ki, bank hesabından pul çəkiblər:
“Dünən “Kapital bank” hesabımdan bir miqdar pul çəkiblər. 196-ya zəng etmişəm ki, bu nə məsələdir? Deyir, dələduzluq halıdır? Bəs, niyə mənə xəbərdarlı mesajı gəlmir? Mən nə etməliyəm sualıma isə cavabı bu oldu ki, kartı bağla.
Kartı yeni açmışdım da. İlk dəfə idi ki, dünən pul yüklədim istifadə etmək üçün. Və yüklədikdən yarım saat sonra bu baş verdi. Geri qalan məbləği başqa karta yönləndirdim. Yoxsa bu gedişlə o da qalan deyildi. Artıq kartı istifadə etməyə belə çəkinirəm. Bu kimi halla rastlaşan olub aranızda və nə etmisiniz?”.