WOW
WOW

“Onları tullantı kimi görürəm”

“Onları tullantı kimi görürəm”

Avroviziya qalibimiz Eldar Qasımov sosial şəbəkələrdə yayılan itlərlə bağlı müzakirəli videoya münasibət bildirib.

OLAY yazır ki, o, iti işgəncə verərək öldürən şəxsin görüntülərini paylaşaraq bu sözləri qeyd edib:

“Bu canlılara işgəncə verənlərinin videolarını nəinki paylaşa, heç özüm baxa da bilmirəm. 1000 qatını görəsiz, məxluqlar. Düşünürəm ki, burda dövlət, qanunlar səviyyəsində ciddi tədbirlər görülməlidir. Belələri cəmiyyətə heç bir fayda vermir, zərər gətirir. Onları biotullantı kimi görürəm. Zibilin aqibəti də hamımıza məlumdur”.